|
Pentaqon ABŞ Prezidenti Donald Trampın ABŞ-Meksika sərhədinə əsgər göndərmək istəyini rədd edib.
Axar.az xəbər verir ki, məlumata görə, Pentaqon miqrantlarla mübarizəni o bölgəyə aid qüvvələrin vəzifəsi hesab etdiyi üçün Trampın istəyini yerinə yetirməyib.
Qeyd edək ki, ABŞ-da xidmətdə olan əsgərlərin təcili vəziyyətlərdən başqa ölkə daxilində təhlükəsizlik vəzifəsi icra etməsi mümkün deyil.