|
ABŞ əmindir ki, İran noyabrın 5-də ona qarşı sanksiyaların tətbiqinə baxmayaraq, öz nüvə proqramını yeniləməyəcək.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına bildirib.
“Biz əminik ki, onlar bunu etməyəcəklər”, - Pompeo deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqlayıb. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsini tətbiq edib.
Neft ixracını məhdudlaşdıracaq daha sərt sanksiyaların noyabrın 5-də qəbul edilməsi gözlənilir.