|
ABŞ və Cənubi Koreya son 6 ay ərzində ilk dəfə Koreya proqramı çərçivəsində hərbi dəniz təlimlərini bərpa edəcək.
Axar.az xəbər verir ki, təlimlərin Pxoxan limanında, Cənubi Koreyanın cənub-şərqində 2 həftə ərzində keçiriləcəyi bildirilib.
Təlimlərdə ABŞ və Cənubi Koreyadan 500 hərbçi iştirak edəcək.
Qeyd edək ki, Şimali Koreya ABŞ-ın Cənubi Koreya ilə təlimlərdən imtina edəcəyinə ümid etdiyini bildirmişdi.