|
11:22
İran Prezidenti Həsən Ruhani ABŞ-ın rəsmi Tehrana bu gün qüvvəyə minən embarqo ilə bağlı danışıb.
H.Ruhani ABŞ-ın tətbiq etdiyi embarqonu tanımadıqlarını və neft satmağa davam edəcəklərini açıqlayıb.
O, Press TV-yə açıqlamasında bildirib ki, İran ABŞ sanksiyalarından yayınmağı bacaracaq və ABŞ-ı sanksiyalar tətbiq etdiyi üçün peşman edəcək:
“Birlikdə və müştərək səylərlə biz sanksiyalardan yayınacağıq. Biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyalar cəlb edib, iqtisadi çiçəklənmə yolunu yeniləyəcəyik”, – deyə o bildirib.