|
Gürcüstan prezidentliyinə namizədlərdən heç biri Gürcüstan-Rusiya münasibətlərini yaxşılaşdıra bilməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze deyib.
“Onlar sadəcə bir-biriylə “kim daha çox rusiyayönlüdür” ittihamlarını irəli sürməklə yarışırlar. Bu insanlar Gürcüstan-Rusiya münasibətlərində inkişafa nail olmaq gücündə deyillər. Bu seçkidə kimin qələbə qazanmasından asılı olmayaraq, “İvanişvili era”sının süqutu başlayacaq” – deyə o bildirib.