|
Əfqanıstanın şərqində Qazni əyalətində “Taliban” radikal hərəkatının döyüşçüləri ilə əfqan hərbçiləri arasında toqquşma baş verib.
“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, nəticədə 13 əfqan hərbçisi və polis işçisi dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Əyalətin qubernatoru Məhəmməd Aref Nuri açıqlamasında bildirib ki, döyüşçülər Malistanda nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Ölənlərdən 7-si əsgər, 6-sı milis işçisidir.
Terrorçular arasında da itki yaşanıb. Azı 22 döyüşçü öldürülüb, 15-i yaralanıb.