|
Səudiyyə Ərəbistanı hökuməti öldürüən müxalif jurnalist Camal Qaşıqçının ailəsinə qan pulu ödəyəcək.
Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Həmçinin məlumat da bildirilib ki, Qaşıqçının ölüm əmrini yüksək rütbəli səudiyyəli şəxs verib.
Bundan əlavə, ABŞ və Türkiyə prezidentlərinin görüşündə də Qaşıqçı olayı ilə bağlı müzakirə aparılacaq.
Xatırladaq ki, C.Qaşıqçı 2 oktyabr tarixində Səudiyyənin İstanbul konsulluğunda amansızlıqla öldürülüb.