|
İsrail baş naziri Binyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında Parisdə keçirilməsi gözlənilən görüş təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, görüşün baş tutmamasına səbəb son zamanlar Suriya məsələsində Tel-Əvivlə Moskva arasında yaranan gərin münasibətlərdir.
Qeyd edək ki, bir sıra dövlətlərin liderləri Parisdə keçiriləcək I Dünya Müharibəsinin 100 illiyi ilə bağlı tədbirdə iştirak etməyi planlaşdırır.
Buna qədər Putin-Tramp görüşünün də Parisdə keçiriləcəyi deyilsə də, son anda bu görüşün də təxirə salındığı bəlli olub.