|
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Parisin Yelisey sarayında görüş başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Prezidentlərin görüşü işgüzar nahar yeməyi çərçivəsində baş tutub.
Qeyd edək ki, bir qədər əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Tramp və Putinin Fransada tamformatlı görüş keçirə bilməyəcəyini, liderlərin ayaqüstü söhbətlə kifayətlənəcəyini bildirmişdi.