|
ABŞ və Şimali Koreya liderlərinin növbəti sammiti 2019-cu ilin əvvəlində keçirilə bilər.
Axar.az xəbər verir ki, bunu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz Pxenyan ilə danışıqların gedişatından razıyıq, tələsmirik. Sanksiyalar yerində, raketlər uçmur, girovlar öz evlərindədir. Son 5 ay ərzində biz 70 ildə əldə olunandan daha artıq irəliləmişik, heç kəs mən etdiyimi edə bilməzdi", - deyə Ağ Ev rəhbəri bildirib.