|
Ermənistan Rusiyadan alınan qazın qiymətinin endirilməsiylə bağlı danışıqlar aparır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Təbii Sərvətlər naziri Qaregin Baqramyan deyib. O, danışıqların həm “Qazprom”, həm də Rusiya Energetika Nazirliyi ilə aparıldığını bildirib.
Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 150 dollara satır. Ermənistan hazırda qazın qiymətinin 140 dollara endirməyə çalışır.