|
Rusiyanın enerji şirkəti "Rosneft" 2018-ci ilin 3-cü rübündə həyata keçirilən ixrac əməliyyatlarında bir ilk yaşandığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti iyul-sentyabr dövründəki əməliyyatlara dair üç aylıq hesabat dərc edib.
Hesabata görə, şirkət Asiyaya 15,7 milyon ton neft ixrac edib. Avropaya ixrac 13,1 milyon ton təşkil edib. İlin əvvəlindən bu günə qədər isə Asiya ölkələri 43,1 milyon tona, Avropa ölkələrinin idxalı isə 41 milyona tona bərabər olub. Bununla da ilk dəfə Asiya Avropa ölkələrini Rusiyadan neft idxalında geridə qoyub.