|
2018.11.08. 15:43
ABŞ-ın Kaliforniya ştatının Tauzand-Oks şəhərində bara hücum olub.
Axar.az xəbər verir ki, hücum nəticəsində 13 nəfər ölüb. Hücum edən şəxslərin kimliyi hələlik açıqlanmayıb.
***
Qətliamı törədən şəxsin kimliyi müəyyənləşib.
Ventura dairəsinin şerifi Ceff Din bildirib ki, bu, 28 yaşlı İan Devid Lonqdur.
“O, hadisə yerində ölü tapılıb. Ehtimal edilir ki, o, qətliamı törətdikdən sonra intihar edib. Lonq dəniz piyada qoşunlarının veteranı olub”, - deyə Din bildirib.