Revanşistlər Bakıya qarşı toplanır - bu gün İrəvanda...

Ermənistanda “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı mitinqə icazə verilməsinə Azərbaycandan sərt etirazlar...

Bu gün - martın 13-də İsveçrənin Ermənistandakı səfirliyi qarşısında mitinq təşkil olunacaq. Səbəb nə olsa yaxşıdır? Məsələ ondadır ki, 2024-cü ilin dekabrında İsveçrə parlamentinin aşağı palatası - Milli Şura yerli hökuməti “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həllinə həsr olunmuş beynəlxalq konfrans təşkil etməyə çağıran qətnamə qəbul edib.

Uydurma “artsax”ın qondarma “parlamenti”nin bununla bağlı “bəyanatı”nda deyilir: “2025-ci il martın 18-də bizim üçün çox vacib olan bu məsələ İsveçrə parlamentinin yuxarı palatası - Kantonlar Şurasında müzakirə olunacaq. Bununla əlaqədar, martın 13-də saat 13:30-da İsveçrənin Ermənistan Respublikasındakı səfirliyi qarşısında mitinq təşkil olunacaq. Bu aksiyada biz aşağı palatanın atdığı addımlara görə İsveçrə Parlamentinə minnətdarlığımızı bildirəcək, yuxarı palatanı da qətnamə qəbul etməyə çağıracağıq. Habelə İsveçrə hökumətini "artsax" sakinlərinin geri qaytarılması üçün öz neytral rolundan istifadə etməyə çağıracağıq".

Əvvəla, Ermənistanda hələ də mifik “artsax”ın hansısa “institutları”nın qalması, görəsən, nədən xəbər verir? Niyə onlar ləğv edilmir, əksinə, yığışıb bəyanat vermələrinə şərait yaradılır? Yeri gəlmişkən, Nikol Paşinyan daxil, hökumətinin aparıcı üzvləri bu ""institutları"nın ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildiriblər. Hanı bəs? İkincisi, bu mitinqlər nəyi dəyişəcək? İsveçrə Azərbaycan və Ermənistan arasında nə dərəcədə neytral vasitəçi ola bilər, əgər rəsmi Bakı vasitəçiyə, ümumiyyətlə, ehtiyac görmürsə?

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Yeni Müsavat”a bildirdi ki, İsveçrə parlamentinin aşağı palatasının qətnaməsi ermənilər tərəfindən çox şişirdilib. Partiya funksioneri dedi ki, qətnamə konfrans keçirməyə çağırışdır və yuxarı palatanın bu niyyəti dəstəkləməsi xahiş olunur. S.Əsədli vurğuladı ki, ermənilər indi ən kiçik dəstəyə belə möhtac olduqlarını hiss etdirirlər: “Yəni İsveçrə parlamentinin aşağı palatasında erməni lobbisinin təsir elementləri hiss olunur. Avropada erməni lobbisi fəaldır və ayrı-ayrı parlamentlərə nüfuz etməyə can atırlar. Məsələn, Niderland, Lüksemburq, elə İsveçrə kimi ölkələrin deputatlarını kampaniyaya cəlb edirlər. Məncə, burada böyütməli hadisə yoxdur. İsveçrəli deputatlar Qarabağın xəritədə yerini belə bilmirlər. Biz belə kampaniyaların çox şahidi olmuşuq. Təbii ki, Azərbaycan parlamentindən İsveçrə parlamentinə məktub göndərilə bilər”. S.Əsədli ermənilərin çağırışlarının nəticə verəcəyini gözləmir: “Hətta Bayden kimi ermənipərəstin dövründə Konqresə çoxsaylı qətnamələr, qanun layihələri təqdim olunmuşdu. Heç biri keçmədi. Eləcə də İsveçrənin parlamentində yuxarı palata bu bəyanatları eşitməyəcək. Hətta qətnamə qəbul edilsə belə mənasızdır. Deyək ki, konfrans təşkil olundu, bunun nəticəsi nədir? Sadəcə, piar, səs-küy salmaq cəhdləri. Görün nə günə qalıblar ki, konfrans təşkili üçün yalvarırlar, aksiya keçirirlər”. VHP rəsmisi sonda əlavə etdi ki, Ermənistan hakimiyyəti İsveçrənin İrəvandakı səfirliyi qarşısında mitinq keçirilməsinə mane olmalıdır: “Çünki Simonyan özü etiraf edib ki, "artsax"ın fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhdiddir. O zaman, bunun qarşısı alınmalıdır. Son vaxtlar Ermənistan parlamentində də qondarma bayrağı görmək olur. Bu da yolverilməzdir və Paşinyan iqtidarının qeyri-səmimiliyidir. Ümumiyyətlə, Ermənistanda “artsax” adı ilə yığıncaqların keçirilməsi qadağan olunmalıdır".

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə açıqladı ki, İsveçrənin Bakıdakı səfirliyini məlumatlandırmaq olar və rəsmi Bakının bəyanat verməsi də mümkündür. Onun sözlərinə görə, İsveçrə siyasi proseslərdə aktiv dövlət deyil, lakin Qarabağdan gedən ermənilərlə bağlı bu çağırışların olması göstərir ki, Fransanın həmin ölkəyə təsiri var: “Avropa Birliyi ölkələri arasında Fransaya yaxın olanlar Azərbaycana qərəz nümayiş etdirir. Fikir verin, Kipr, Yunanıstan, Lüksemburq, Niderland, İsveçrə və bu kimi bəzi ölkələrin senatları, parlamentdə olan palataları bəyanatlarla çıxış edirlər. Onlar erməni məsələsini yenə piara çevirirlər. Burada məqsəd təzyiq etməkdir. Lakin Azərbaycan Qarabağdan dinc erməniləri qovmayıb. Eyni zamanda münaqişə keçmişdə qalıb və Ermənistan Qarabağın bizə aid olduğunu təsdiq edir. O halda, ”Dağlıq Qarabağ münaqişəsinin həlli" mövzusunda necə konfrans təşkil etmək olar? Axı bu münaqişə həll olub, Azərbaycan ərazi bütövlüyünü təmin edib, Ermənistan da bunu təsdiqləyir. Hazırda sülh danışıqları gedir, sərhədlərin delimitasiyası ilə bağlı görüşlər keçirilirsə, hansı münaqişənin həllindən söhbət gedə bilər? Ona görə də həmin aksiya provokasiyadır. Rəsmi İrəvan ləğv edilmiş qondarma rejimin oradakı fəaliyyətinə göz yummalı deyil. Bu, ərazi iddiası deməkdir və sülh prosesinə zərər vurur".

13 Mart 2025 Polşa baş naziri Ərdoğanla görüşə "ayağı yaralı" gəldi - Video
13 Mart 2025 Müharibə Rusiyanı “qara gün” üçün yığdıqlarını xərcləməyə vadar edir – ŞOK RƏQƏMLƏR
13 Mart 2025 Mixail Saakaşvilidən ona oxunan hökmə - Münasibət
13 Mart 2025 “Putin atəşkəsə razı olacaq, amma...”
13 Mart 2025 Əsrin paradoksu: İqlim dəyişikliyi ilə mübarizə sammiti üçün Amazon meşələri qırılır
13 Mart 2025 Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir
12 Mart 2025 Dünyanın bu böyük şəhərləri yavaş-yavaş okeana batır
12 Mart 2025 Pezeşkiandan Trampa: “Nə istəyirsən et, danışıqlar aparmayacağam”
12 Mart 2025 Ərdoğan: Təbii ki, raketlə vuracağıq, armud yığası deyilik - VİDEO
12 Mart 2025 Ukrayna hazırdır, Putini razı salmalıyıq - Tramp
12 Mart 2025 Ərdoğandan önəmli Suriya AÇIQLAMASI
12 Mart 2025 ABŞ Zelenskinin yerinə onları nəzərdən keçirir
12 Mart 2025 NATO-dan AB-yə çağırış: Türkiyə ilə yaxınlaşın!
11 Mart 2025 Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır
11 Mart 2025 Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başladı - Yenilənir
11 Mart 2025 Bu kənddə iftar vaxtı evdə yemək bişirmək qadağan edilib
11 Mart 2025 Rubio: Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çox çətin olacaq
11 Mart 2025 Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı
11 Mart 2025 Moskva vilayətinə PUA hücumu - Ölən və yaralananlar var - Video
11 Mart 2025 Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik təhdid altında

Xəbər lenti