|
Avropa Birliyi Birinci Dünya müharibəsindən sonra dağılan imperiyaların taleyini təkrarlaya bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib.
“1918-ci ilin noyabrında Avropa imperiyaları ümumdünya konfliktlərinə son qoymaq barədə razılaşdılar. Nəticdə Avropada yeni müstəqil dövlətlər yarandı. Bir əsr sonra qitə özünün gələcəyi uğrunda ümumi dəyərləri olan vahid siyasi orqanizmin daxilində mübarizə aparır. Millətçilərin hazırki qarşıdurması AB-nin bütövlüyünə şübhələr yaradır. AB-ni Emmanuel Makron müdafiə etməyə cəhd edir, lakin onun proqressiv alyans yaradılmasıyla bağlı çağırışları hələlik uğurlu deyil. Əgər AB modernizə edilməsə, onu Avstriya-Macarıstanın taleyi gözləyir”, – deyə agentlik bildirib.