|
ABŞ-ın Tehrana tətbiq etdiyi sanksiyaları İranın iqtisadiyyatına heç bir təsir göstərməyib.
Axar.az xəbər verir ki, bunu “Əl Mayadin” televiziyasına açıqlamasında İran Prezidenti Həsən Ruhani deyib.
“Amerika sanksiyaları İran iqtisadiyyatına heç bir təsir göstərməyib. Bu sanksiyalar psixoloji müharibənin bir hissəsidir. Vaşinqton İran neftinin ixracını dayandıra bilməz. İran iqtisadiyyatı Amerikanın yaratdığı istənilən problemin öhdəsindən gəlmək gücündədir”, – deyə o bildirib.