|
Ermənistanın KTMT baş katibliyinə namizədinin təsdiqlənməməsi KTMT üçün ağır nəticələrə və Rusiya ilə münasibətlərdə neqativ nəticələrə səbəb olmayacaq.
Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə açıqlamasında rusiyalı politoloq Aleksey Malaşenko deyib. Onun sözlərinə görə, baş katiblik vəzifəsinin Ermənistana verilməməsi Ermənistan daxilində müəyyən təsirə gətirib çıxara bilər:
“Bundan öncə Ermənistan hökuməti KTMT nizamnaməsinə əməl edilməsi gərəkdiyini açıqlayıb. Hazırkı zamanda bu vəzifədə güzəştin edilməsi ölkə daxilində məsələyə yüksək diqqətin ayrılmasına gətirib çıxaracaq. Ermənistan daxili siyasi vəziyyəti ucbatından beynəlxalq təşkilatda vacib vəzifəni itirib. İndiki zamanda daxili neqativ müzakirələrdən qaçmaq və avtoritetin itirilməməsi üçün bu mövqeyin saxlanılması vacib idi”.