|
Britaniya Xarici İşlər naziri Ceremi Hant bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı Britaniya Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, Hant Ər-Riyada səudiyyəli jurnalist Camal Qaşıqçını müzakirə etmək üçün gedəcək.
Hantın həmçinin BƏƏ-yə də səfər edəcəyi vurğulanıb. Onun BƏƏ-də Yəməndəki müharibəni müzakirə edəcəyi açıqlanıb.
Qeyd edək ki, ötən gün Böyük Britaniya Xarici İşlər Nazirliyinin daimi katibi, diplomatik xidməti rəhbəri Saymon Makdonald Baş nazir Tereza Meyin təlimatı ilə Ər-Riyada səfər edib və kralla görüşüb.