|
Qəzza sektorunda fələstinli döyüşçülərlə atışmada İsrail ordusunun zabiti həlak olub, daha bir hərbçi yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun Tvitter səhifəsi informasiya yayıb. Atışma İsrail hərbçilərinin Qəzzada əməliyyat keçirdiyi zaman yaşanıb.
Fələstin tərəfi isə İsrail ordusunun açdığı atəş nəticəsində 5 fələstinlinin həlak olduğunu, 7 nəfərin yaralandığını açıqlayıb.
Hadisə bölgədə vəziyyətin yenidən gərginləşməsinə və beynəlxalq ictimaiyyətin münaqişənin tənzimlənməsi istiqamətində səylərinin təhdid altında qalmasına səbəb olub.
İsrailin Baş naziri Benyamin Netanyahu hadisə ilə əlaqədar Paris səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.