|
Camal Qaşıqçı sui-qəsdi üçün Türkiyəyə gələn dəstə üzvlərindən Mahir Əbdüləziz Mutreb cinayətdən bir qədər sonra baş tutan telefon danışığı zamanı “rəisinizə deyin, adamlar işlərini bitirdi” sözlərini işlədib.
Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” nəşri çıxış edib.
Nəşr türk kəşfiyyat rəsmilərinin ABŞ kəşfiyyat orqanlarına sözügedən telefon danışığında “rəis” ifadəsilə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın nəzərdə tutulduğunu, Mutrebin danışdığı şəxsin isə Salmanın köməkçilərindən biri olduğunu bildirdiyini yazıb.