|
Trampın prezident seçilməsindən sonra ABŞ və Avropada münasibətlərin düzələcəyi gözləntiləri artıq puç oldu.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli professor Sərhat Güvənç deyib.
O bildirib ki, avropalılar milyarder prezidentin Atlantikin hər iki sahilini birləşdirən əlaqələrə zərər verəcəyini düşünür:
“Bu səbəbdən Avropa təhlükəsizliyini özü təmin etmək fikrindədir. Əslində, Avropa ordusu ilə bağlı səslənən fikirlər xeyli vaxtdır ki, qoca qitə sakinlərini düşündürürdü. Makronun bu yöndə səslənən fikirlərində təhdid ünsürü kimi Amerikanın da siyahıya daxil edilməsinin şahidi olduq”.