|
Son illər Türkiyənin Əsəd rejimi ilə təmaslara getmək üçün zəmin axtardığına dair məlumatlar tez-tez yayılır.
Bu sözləri Axar.az-a Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəkin Ankara və Dəməşqin gizli danışıqlar aparması ilə bağlı açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib.
“Təmasların məhz indi başladığını, bu proseslərin Tehranda getdiyini və danışıqların çox böyük məsafə qət etdiyini söyləmək olduqca çətindir. Danışıqların başladığını və hərbi əməkdaşlığın inkişafı məsələlərinin ortaya qoyulduğunu düşünmürəm. Aydın məsələdir ki, Əsəd hakimiyyətdə qalacaq və Türkiyə onunla hesablaşmalı olacaq”, - siyasi şərhçi bildirib.
Qeyd edək ki, Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək Tehranda Türkiyə ilə Suriya hökumətlərinin nümayəndələri arasında görüş baş tutduğunu, hərbi əməkdaşlığın mövcud olduğunu bəyan edib.