|
İspaniya Fransa Prezidenti Emmanuel Makronun Avropa ordusu ideyasını dəstəkləyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İspaniya Müdafiə naziri Marqarita Robles deyib.
Onun sözlərinə görə, İspaniya hökuməti bu addımın Avropa Birliyinin gücləndirilməsinə xidmət edəcəyini düşünür. O, bu layihənin AB və NATO strukturları arasında maksimal əməkdaşlıq və inteqrasiya çərçivəsində reallaşdırılmalı olduğunu bildirib.
Qeyd edək ki, Makronun ideyasını Almaniya kansleri Angela Merkel də dəstəkləyib.