|
Çexiya Prezidenti Miloş Zeman Baş nazir Andrey Babişə oğlunun qalmaqal yaradan iddiaları səbəbindən parlamentin etimad göstərməyəcəyi halda yeni hökumətin yaradılması üçün yenə də ona səlahiyyət verməyə hazır olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Novinky” nəşri yazıb.
“Mənim ümidlərimə baxmayaraq, hökumətə etimadsızlıq nümayiş etdirilsə, istefasından sonra mən Babişə yeni hökumət təşkil etməsini tapşıracam. Mənim iki cəhd hüququm var”, - Zeman bildirib.
Qeyd edək ki, Andrey Babişin eyni adlı oğlu bu gün ölkədə sensasiya yaradan açıqlama verib. Oğul Babiş 2017-ci ildə öz iradəsinin əksinə olaraq Krıma qaçırıldığını söyləyib. Onun sözlərinə görə, bununla atasının korrupsiya cinayətləri ilə bağlı aparılan təhqiqat çərçivəsində müstəntiqlər tərəfindən dindirilməsinin qarşısı alınıb.