|
Əminəm ki, Çin ABŞ-la yaşanan iqtisadi gərginliyi həll etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, ABŞ-ın gələcəkdə Çin mallarına rüsum tətbiq etməyəcəyini də istisna etməyib:
“Biz 250 milyard dollarlıq mallara vergi tətbiq etmişik.Əgər istəsək, daha 267 milyardlıq mala vergi tətbiq edəcəyik. Ola bilsin ki, biz bunu etmədik. Çin razılaşmaq istəyir”.
Qeyd edək ki, 6 iyunda Trampın Çin mallarına vergi tətbiq etməsindən dolayı iki ölkə arasında iqtisadi gərginlik hökm sürür.