|
Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstan Prezidenti Nursultan Nazarbayev KTMT baş katibi ilə bağlı verdikləri bəyanata aydınlıq gətirməlidirlər.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mən Belarus prezidentindən açıqlama gözləyirəm. Bizim razılaşmamıza zidd bəyanatla həmçinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də çıxış edib. Heç kimin belə bəyanatla çıxış etmək haqqı yoxdur. Ona görə ki, KTMT-də qərarlar konsensus prinsipi əsasında qəbul edilir. Biz artıq bununla bağlı mövqeyimizi bildirmişik” – deyə o bildirib.