|
Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər naziri Timo Soyni deyib.
Nazir GPS skandalından dolayı səfirin çağırıldığını bildirib.
Qeyd edək ki, 16 oktyabr-7 noyabr tarixlərində NATO təlimləri zamanı GPS sistemində nasazlıq yaranmışdı.
Bazar ertəsi isə Finlandiya Baş naziri Yuxa Sipilya açıqlamasında GPS-da baş verən nasazlığın Rusiya müdaxiləsindən yaranan təxribat olduğunu istisna etməmişdi.