|
Avropa Birliyinin Xarici əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İraq Baş naziri Adil Əbdülmehdi ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, danışıq zamanı avropalı diplomat ABŞ-ın İrana sanksiyalarının nəticələrindən dolayı Avropanın İraqa dəstək verəcəyini vurğulayıb.
Əbdülmehdi də öz növbəsində ittifaq ilə əməkdaşlığın ölkəsi üçün prioritet olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ikinci mərhələsində bu ölkədən neft və təbii qaz istehlakına görə müəyyən dövlətlərə məhdudiyyət tətbiq edəcəyini açıqlamışdı.
ABŞ adminitrasiyası ötən həftə İrandan idxal edilən təbii qazın dayandırılması üçün İraq hökumətinə 45 gün vaxt vermişdi.
İraq elektrik stansiyalarının yanacaqla təminatı üçün İrandan qaz istehslak edir.