Türkiyənin ABŞ-ın qarşısında qoyduğu iki ən vacib şərtlərdən biri Gülənin ekstradisiyası, digəri isə terror təşkilatlarına yardımların dayandırılmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ gec-tez hər iki məsələdə Türkiyəyə güzəştə getməyə məcbur olacaq:

“ABŞ-dan Türkiyəyə qarşı müsbət addımların atılması gözlənilirdi. Növbəti mərhələlərdə Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin gündəmə gəlməsi proqnozlaşdırılırdı. Ələlxüsus da hazırda ABŞ-ın Türkiyəyə münasibətində müəyyən güzəştlərə getməli olduğu aydındır. Çünki faktiki olaraq, Qaşıqçı olayından sonra ABŞ-ın Yaxın Şərq siyasətində Türkiyənin çox önəmli rola malik olduğu bir daha göründü. Digər tərəfdən bu məsələ, ümumiyyətlə, Türkiyəni Yaxın Şərq siyasətində heç bir qüvvənin əvəz edə bilməyəcəyi həqiqətini ortaya qoydu. Doğrudur, ABŞ Türkiyəsiz Yaxın Şərq siyasəti izləmək istəyirdi. Burada ərəb ölkələrinə, əsasən də Səudiyyə Ərəbistanına rol hazırlanırdı. Xüsusilə, Məhəmməd bin Salmanın oraya rəhbər təyin edilməsi və Səudiyyə Ərəbistanında başlanan yenilənmələr bunu açıq şəkildə göstərirdi”.

Analitik qeyd edib ki, ABŞ Gülənin ekstradisiyası məsələsi ilə bağlı müəyyən proseslərə başlaya bilər:

“Amma maraqlısı budur ki, ABŞ bunun qarşılığında Türkiyədən nə istəyəcək?! Türkiyə-ABŞ münasibətlərində İran faktoru çox həssas nöqtədir. Türkiyə İrana qarşı koalisiyaya qoşulmasa belə, ən azından İrana münasibətdə ABŞ müəyyən maraqlarının uzlaşdırılmasını Ankaradan tələb edə bilər. Eyni zamanda Çin faktorunu nəzərə alsaq, ABŞ və Rusiyanın müəyyən mənada maraqlarının bəzi nöqtələrdə uzlaşdırılması məsələsində Türkiyənin vasitəçi rolunda çıxış etməsini gözləyə bilərik. Burada müəyyən gedişlər olacaq. Bunların nəticəsində biz artıq Gülənin ekstradisiyasının reallaşıb-reallaşmayacağını görə biləcəyik”.

Qeyd edək ki, "NBS Nyus" FETÖ şəbəkəsinin rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı qanuni yolların müəyyənləşdirilməsi üçün ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosu (FTB), Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinə təlimat verdiyini iddia edib. Bundan sonra ABŞ Dövlət Katibliyi məlumat yayıb ki, Ağ Ev FETÖ lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı hər hansı bir görüş keçirməyib.

03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Xəbər lenti