Con Boltonun Ermənistana ABŞ silahının satışı ilə bağlı təklifi, Ermənistanı ABŞ-ın təsir dairəsinə çəkmək və Amerikanın siyasi layihəsini işləməyə məcbur etməkdir.

Axar.az xəbər verir ki, bunu “İravunk” qəzetinə müsahibəsində rusiyalı politoloq Sergey Mixeyev deyib.

“Vaşinqtonun məqsədi Qafqaz ölkələrini Amerikanın təsir dairəsinə salmaqdır. Bununla onlar həmin ölkələri ABŞ-ının Cənubi Qafqazdakı siyasətinin aləti olaraq istifadə etmək istəyir. Hazırda burada ABŞ üçün açıq hədəfdir, ikinci hədəf isə Rusiyanı sıxışdırmaqdır.

Amerikalıların Ermənistanda aktivliyi bu ölkədəki hakimiyyət dəyişikliyi ilə bağlıdır. Amerikalılar bu situasiyaya imkanlar pəncərəsi kimi baxırlar. Digər tərəfdən hər kəs bilir ki, hazırda İrəvanda hökumətdə olanlar arasında əvvəllər Amerika proqramları ilə bağlı olan çoxlu sayda məmur var. Onlar hesab edirlər ki, artıq öz siyasətlərini həyata keçirmək vaxtı çatıb. İndi buna görə də onlara hansısa təkliflər edib, ictimaiyyətdə irəliyə çəkmək lazımdır”.

Onun sözlərinə görə, erməni hökuməti hazırda ikibaşlı oyun oynayır. O, İrəvanın bir tərəfdən Rusiyaya sadiq olduğunu nümayiş etdirdiyini, digər tərəfdən isə ABŞ-la yaxınlaşmağa cəhd etdiyini bildirib:

“Bu siyasətin müəyyən sərhədi var. Zamanı gələndə amerikalılar deyəcəklər ki, Rusiya ilə əlaqələri pisləşdirin, artıq hansısa geosiyasi addımlar atmaq vaxtıdır. Nəticədə erməni hökuməti seçim etməli olacaq. Burada isə kompromis tapmaq çox çətin olacaq. ABŞ indiki erməni hakimiyyətiylə iki şeyə görə yaxınlaşmaqda maraqlıdır. Bunlardan biri Ermənistanı Rusiya ilə inteqrasiya birliklərindən çıxarmaq, ikincisi isə İrana təsir üçün imkanlar əldə etməkdir. Yerdə qalanlar heç bir - nə iqtisadiyyat, nə resurslar, nə investisiyalar amerikalıları maraqlandırmır. Erməni hökuməti strateji seçim etməli olacaq və bu seçim çox riskli olacaq”.

Mixeyev həmçinin parlament seçkisi zamanı Ermənistan parlamentinə antirusiya qüvvələrinin də düşə biləcəyini iddia edib:

“Ermənistanda Rusiyanı özünün müttəfiqi adlandıranlar işdə bizi aldatdılar. Hər şeyi öz adıyla adlandırmaq lazımdır. Parlamentdə konkret hansı qüvvələrin olacağını deyə bilmərəm. Belə anlayıram ki, Paşinyan və onun tərəfdarlarının cəmiyyətdə böyük dəstəyi var. Yeni hökumətin hansı siyasi oriyentasiyanı götürəcəyinə gəlincə isə bunu gələcək göstərəcək”.

22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA

Xəbər lenti