|
ABŞ söz verdiyi kimi YPG ilə əlaqələrini kəsməlidir.
Axar.az xəbər verir ki, bunu Kanadada keçirilən Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
“İŞİD demək olar ki, zərərsizləşdirilməsinə rəğmən ABŞ YPG terror təşkilatına hələ də yük avtomobilləri və təyyarələrlə silah göndərir. Bunu qəbul etməyimiz mümkün deyil. Güney sərhədimizdə terror dəhlizinin formalaşmasına heç vaxt izn verməyəcəyik” – deyə o bildirib.