|
Britaniya Xarici İşlər naziri Ceremi Hant Tehrana gəlib.
Axar.az xəbər verir ki, Hantı Tehran səfəri zamanı bir sıra yüksək vəzifəli şəxslərin daxil olduğu nümayəndə heyəti müşayiət edib. Onun burada İran Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşü planlaşdırılıb.
Hantın İranda həmçinin Ali Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani ilə də görüşəcəyi bildirilib.