|
ABŞ-ın uzunmüddətli perspektivdə hədəfi “Qazprom”u Avropa bazarından çıxardıb, özünün sıxılmış qazının bazardakı mövqelərini möhkəmləndirməkdir.
Axar.az xəbər verir ki, bunu “Doyçe Velle” saytına müsahibəsindaə almaniyalı ekspert Roland Qets deyib.
“ABŞ-ın qısa müddətli perspektivdə hədəfi Şimal Axını-2-yə qarşı Ukraynanın müdafiəsidir. Bu kəmərin fəaliyyətindən sonra Ukrayna iqtisadiyyatı rus qazının tranzitinə görə illik əldə etdiyi 2-3 milyard dollardan məhrum olacaq.
Uzunmüddətli perspektivdə isə onun hədəfi “Qazprom”u Avropa bazarından tam çıxarmaqdır. Bu plan baş tutmadıqda isə ABŞ ən azından bu kəmərlər vasitəsilə rus qazının tədarükünü çətinləşdirmək istəyir. Əslində indiki zamanda rus qazının ABŞ-ın sıxılmış qazıyla əvəz edilməsi mümkün deyil. Sıxılmış qaz boru kəmərindən daha bahalıdır. Bu qaz qiymətin yüksək olduğu Cənub-Şərqi Asiyaya göndərilir”, – deyə o bildirib.