|
Slovakiya Moskva ilə münasibətləri bacardığı qədər sürətli şəkildə kəsir.
Axar.az xəbər verir ki, bunu “Defens Nyus”a müsahibəsində Slovakiya Müdafiə naziri Robert Ondreyçak deyib.
“Rusiya ilə müdafiə əməkdaşlığı sahəsində ciddi istiqamətlərdən biri MiQ-29 təyyarələridir. Amerikanın F-16V qırıcılarını almaqla Slovakiya Rusiya ilə əməkdaşlığı azaltmaq istəyir. Slovakiya Amerikadan həmçinin Sikorski UH-60M helikopterlərini almaq niyyətindədir. Bu helikopterlərin sovet istehsalı olan Mi-17 vertolyotlarını əvəz etməsi gözlənilir. Biz Amerikanı 70 il öncə olduğu kimi, azad dünyanın lideri olaraq görmək istəyirik”.