|
Fransanın “Societe Generale” bankı ABŞ tərəfindən 1,34 milyard dollar dəyərində cərimələnib.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) yayıb. Məlumata görə, Fransa bankı Kuba, İran və Sudana qarşı ABŞ sanksiyalarını pozmaqda ittiham olunub. Belə ki, bankın xüsusilə Kubaya qarşı ABŞ sanksiyalarını pozduğunu və adı çəkilən ölkələr üçün təhlükəli əməliyyatlar həyata keçirdiyini bildirilib.