|
İsrail Qəzzanın partlamaq üzrə olduğunu görməlidir.
Axar.az xəbər verir ki, bunu BMT-nin Yaxın Şərq üzrə xüsusi koordinatoru Nikolay Mladenov bildirib.
"Bu partlayışın qarşısı alınmalıdır ki, insanlar normal həyatlarına dönsünlər, ən nəhayət, blokada arada qaldırılsın. Beynəlxalq cəmiyyət Qəzzadakı problemləri təkbaşına aradan qaldıra bilməz. Burada başlıca məsuliyyət tərəflərin üzərinə düşür. Fələstindəki tərəflərin razılığı üçün vaxt azalır", - Mladenov deyib.