|
Pakistana artıq milyardlarla dollar ödəniş etməyəcəyik. Çünki onlar bizim üçün heç nə etmirlər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Əlbəttə, Üsamə Ben Ladeni daha əvvəl tutmaq lazım idi. Dünya Ticarət Mərkəzinə hücum öncəsi yazdığım kitabda bu barədə qeyd etmişdim. Klinton şansını itirdi. Pakistana milyardlarla ödəniş etdik, bizə onun yerini də demədilər. Axmaqlar”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Qeyd edək ki, ABŞ terrorizmlə mübarizə çərçivəsində Pakistana maliyyə yardımı ayırırdı.