|
Səudiyyə Ərəbistanı Suriya böhranının siyasi həllinin tərəfdarıdır.
Axar.az xəbər verir ki, bunu Səudiyyə kralı Salman bin Əbdüləziz deyib.
“Siyasi həll Suriya qaçqınlarının öz vətənlərinə qayıtmaları üçün də imkan yaratmalıdır”, - deyə kral bildirib.
Kral Əbdüləziz həmçinin bildirib ki, Səudiyyə Fələstin xalqı öz qanuni hüquqlarını tam bərpa edənə qədər onun yanında olacaq.