Adətən bu səfərlər layihələrin reallaşdırılması, tədbirdə iştirak etmək üçün olsa da, səfər zamanı mütləq dövlət başçıları ikitərəfli məsələləri müzakirə edir.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Putinin Türkiyəyə səfərini şərh edərkən deyib. O bildirib ki, səfər Türkiyə-Rusiya münasibətlərində yeni bir pərdə açmır, amma artıq bir müddətdir açılmış olan pərdənin, başlamış olan mərhələnin daha da gücləndirilməsinə xidmət edir:

“Türk axını” ideyası ortalığa atılanda bir çox mütəxəsislər bu layihənin reallaşmayacağını deyirdi. Türkiyə NATO-nun üzvüdür, Rusiya ilə əks qütbdədir, ona görə də bu layihənin ideya kimi də qalacağı bildirilirdi. Digər tərəfdən, Türkiyənin iştirakçısı olduğu başqa enerji layihələri var. Bütövlükdə layihə hələ tamamlanmasa da, hər halda bu gün “Türk axını” layihəsinin xeyli hissəsi tamamlanıb. Bu da elə vaxta təsadüf edib ki, bugünlərdə həm Türkiyə, həm də Rusiya Qərblə münasibətlərində müəyyən problemlər yaşayır. Xüsusilə ABŞ-la münasibətlərdə hər iki ölkənin problemləri mövcuddur”.

A.Aslanlı vurğulayıb ki, bu layihə iki tərəfin münasibətlərini daha da gücləndirəcək:

“Bu, Qərb dövlətlərinin Rusiyaya müəyyən məhdudiyyətlər tətbiq etməsindən sonra Türkiyə ilə alternativ axtarışında ortaya çıxan layihədir. “Türk axını” layihəsi təkcə Türkiyənin enerji təhlükəsizliyinə deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə də töhfə verə bilər. Bu, Türkiyənin tranzit rolunu da artıran layihədir. Türkiyə-Rusiya münasibətlərinin hazırki xətti bu layihə ilə daha da gücləndirəcək”.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin tikintisinin başa çatmasına həsr olunan tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib. Səfər çərçivəsində Ərdoğanla Putin 1,5 saat qapalı görüş keçiriblər.

23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan

Xəbər lenti