|
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Argentinada keçiriləcək G-20 zirvəsində iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Əbdüləziz əl-Falih danışıb.
Vəliəhdin Argentina səfərinin jurnalist Camal Qaşıqçının ölümündən sonra ilk xarici səfər olduğu qeyd olunub.