Belarus Respublikası ilə imzalanan birgə bəyanata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddənin əlavə olunması cənab Prezidentimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir.

Həmçinin, Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərə nail olunması baxımından da təsirlidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqləndi:

“Belarus ilə Azərbaycan arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə davamlı inkişafa meyilli olması ilə seçilir. Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Prezident səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Həqiqətən Belarus və Azərbaycan Respublikaları demək olar ki, bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, enerji, hərbi - qarşılıqlı səmərəli əməkdaşlıq qura bilib. Tərəflər arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, hər iki tərəf əməkdaşlığın yeni-yeni trendlərinin axtarışındadır. Bu baxımdan iki ölkə başçısı arasındakı görüşün protokolda nəzərdə tutulandan daha çox çəkməsinin səbəbi aydındır”.

Analitik vurğulayıb ki, Belarusla Azərbaycan arasındakı strateji xarakter alan əlaqələr Ermənistan tərəfində narahatlıqla qarşılanır:

“Paşinyan ötən gün mətbuat konfransı zamanı Azərbaycan-Belarus strateji əməkdaşlığından ciddi təşvişə düşdüyünü gizlətmədi. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə bir çox sahələrdə, o cümlədən, hərbi-strateji sahədə eyni fikirləri bölüşməsi Paşinyanı təlaşlı bəyanat səsləndirməyə məcbur etdi. Belarusda imzalanmış ikitərəfli memorandum əsasında silah təchizatı məsələsinin də yer almasından narahat olan Paşinyan bildirdi ki, bu anlaşmalar KTMT üzvü olan Ermənistanın maraqlarına zərbədir. Digər tərəfdən, KTMT-nin üzvü olan bir ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu cür ədalətli mövqeyi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini imzası ilə təsdiqləməsi Ermənistanın mövqeyinin necə sürətlə zəifləməsinin göstəricisidir. Digər tərəfdən, Rusiyanın nüfuzlu politoloqlarının ötən iki gündə verdikləri açıqlamalar da diqqətə alınmalıdır. Rus ekspertlər Azərbaycanın müharibəyə başlayacağı və bu müharibənin Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan sərhədlərindən kənara çıxmayacağı halda KTMT və Rusiyanın müdaxilə etməyəcəyini açıq şəkildə bildirdilər. Bu, Prezident İlham Əliyevin diplomatik cəbhədə atdığı addımların nəticəsidir”.

Qeyd edək ki, beynəlxalq müşahidəçilər İlham Əliyevlə Lukaşenkonun Minskdə təkbətək görüşünün protokolda nəzərdə tutulan 45 dəqiqə əvəzinə 2 saatdan artıq davam etməsinə xüsusi diqqət ayırıblar.

23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan

Xəbər lenti