Belarus Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər zaman yüksək mövqe sərgiləyib.

Bu, Azərbaycan Prezidentinin Belarusla münasibətlərə verdiyi önəmdən və bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan qaynaqlanır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Belarusa səfərinin yekun nəticəsini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin görüşünün yekununda imzalanan memorandumun ən mühüm bəndlərindən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır:

“Başqa bir faktor isə məqbul sənəddə yer alan amillərin bu günə qədər beynəlxalq hüququn prinsiplərindən manipulyativ şəkildə istifadə edən bəzi dövlətlərə açıq şəkildə bir mesaj olmasıdır. Azərbaycan və Belarus prezidentlərinin görüşünün yekununda imzalanan memorandumun 6-cı bəndində açıq şəkildə qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Bu da beynəlxalq hüququn təməl prinsipləridir və təkcə Helsinki Yekun Aktından deyil, bütövlükdə bu günə qədər beynəlxalq müstəvidə qəbul olunan bütün amillərdən, ilk növbədə BMT nizamnaməsinin prinsiplərindən qaynaqlanır”.

Analitik hesab edir ki, sözügedən bənddə BMT ilə bağlı amillərin yer alması BMT Təhlükəsizlik Şurasının Azərbaycanın torpaqlarının qeyri-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin vacibliyini gündəmə gətirir:

“Minskin Azərbaycanla bağlı sərgilədiyi mövqe birbaşa beynəlxalq hüququn prinsiplərinə söykənir. Bu, həm də Belarusun Azərbaycanla münasibətlərə verdiyi yüksək önəmin göstəricisidir. Heç kimə sirr deyil ki, Belarus işğalçı Ermənistanın da yer aldığı hərbi-siyasi blokun üzvüdür. Ancaq bütün bunlara baxmayaraq, Belarus ədalətli davranmağa üstünlük verir. Bu, təkcə Dağlıq Qarabağ münaqişəsinin həllinə deyil, dünyadakı bütün münaqişələrin həllinə öz töhfəsini verə biləcək bir yanaşmadır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Belarusa rəsmi səfərinin yekununda iki dövlət arasında mühüm memorandum imzalanıb. Memorandumun 6 bəndində tərəflərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumqəbuledilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyi qeyd edilir.

23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ

Xəbər lenti