|
Moskvanın “Şeremetovo” aeroportunun uçuş zolağında “Boinq 737” təyyarəsi bir sərnişini vurub.
Axar.az xəbər verir ki, onun meyiti Moskva-Afina reysi ilə uçan “Boinq 737” təyyarəsinin qalxmasından sonra uçuş zolağında tapılıb.
“Dəqiqləşdirilmiş məlumata görə, “Şeremetovo” aeroportunun uçuş zolağında qəza nəticəsində Ermənistan vətəndaşı ölüb”, - bildirilib.
Ölən şəxsin 25 yaşının olduğu da qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.