|
2018.11.20 - 18:51
Əfqanıstanın paytaxtı Kabildə dindarların görüşü zamanı partlayış baş verib.
Axar.az xəbər verir ki, partlayışda ən azı 40 nəfər ölüb.
Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
***
Türkiyə ötən gün Kabildə baş verən terror aktı ilə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyi bombalı hücumu pisləyib:
"Terror hücumunu qınayır, həyatını itirənlərə Allahdan rəhmət, dost Əfqanıstan hökumətinə və qardaş əfqan xalqına dərin hüznlə başsağlığı, yaralılara şəfa diləyirik".