Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə irəvan-Minsk qarşıdurması, əslində, İrəvanla Moskvanın diplomatik qarşıdurmasıdır, sadəcə, Kreml Ermənistana qarşı açıq tənqid səsləndirə bilmir.

 

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində rusiyalı ekspert və politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarus Prezidenti Aliaksandr Lukaşenkoya dair bəyanatını və Belarus XİN-nin buna cavabını şərh edərkən deyib.

“Bu gün Ermənistanla Belarus arasında KTMT çərçivəsində baş verənlər "razılaşdırılmış müharibə", vasitəçiliklə olan müharibədir. Mənə elə gəlir ki, Ermənistanla Belarus hökumətləri arasındakı bu qarşıdurma, əslində, Rusiya ilə Ermənistan hökumətləri arasındakı qarşıdurmanın ifadəsidir”, – politoloq bildirib.

Onun sözlərinə görə, N.Paşinyan Ermənistanın KTMT qarşısında öhdəlikləri ilə daban-dabana zidd hərəkət edib və bu da Rusiya tərəfinin narazılığına səbəb olub.

“Özü də Paşinyan yalan danışır: KTMT baş katibini həbs etdirib və bunu gizlətmək, məsuliyyətini başqaların üstünə yıxmaq istəyib. Sonra isə dərc edilən telefon danışığından açıq-aşkar görünür ki, həbs əmrini o verib. Həmçinin o, hökumətini ancaq qrant yeyənlərdən, yəni uzun illərdir Amerikadan qrant alanlardan təşkil edib. Əslində, onun özünün də ABŞ-ın adamı olmasına, KTMT-ni dağıtmaq siyasətini yeritməsinə dair ciddi şübhələr var” – baş direktor bildirib.

S.Markovun fikrincə, Nikol Paşinyanın və onun arxasındakı ABŞ gizli xidmətlərinin mühüm məqsədi Rusiya ilə Ermənistan arasında açıq qarşıdurma müstəvisi yaratmaq və bununla da Ermənistan ictimaiyyətini Rusiyaya qarşı meylləndirməkdir:

“Mən belə başa düşürəm ki, bu hiyləni boşa çıxartmaq üçün Belarus bir növ Rusiyanın sözçüsü rolunu ifa edir, yəni Rusiya hökumətinin açıq şəkildə bəzən deməyə hazır olmadığı şeyləri ifadə edir”.

Ekspertin fikrincə, Belarus Prezidenti Aliaksandr Lukaşenko Rusiya tərəfinin diplomatik səbəblər üzündən deməyə cürət etmədiklərini açıq deyə bilir.

“Nikol Paşinyan KTMT-ni daxildən dağıtmaq gücünə və imkanına sahib deyil. Əslində, bir gün Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi gündəmə gələ bilər” – S.Markov diqqətə çatdırıb.

KTMT-nin dekabr ayında yeni baş katib seçkisinə toxunan politoloqun sözlərinə görə, baş katib kürsüsünün boş qalması qurumun səmərəsinə mənfi təsir göstərəcək:

“Əlbəttə, Rusiya bunu istəməz. Rusiyanın ehtiyat variantı var: yeni baş katib seçilməsə, onun səlahiyyətini Rusiya müdafiə naziri icra edəcək”.

Azərbaycanın KTMT-də mümkün üzvlüyünə dair sualı cavablandıran Sergey Markovun dediyinə görə, bu qurumda bir çoxları Azərbaycanı müşahidəçi qismində görmək arzusundadır:

"Lakin bunun üçün nizamnamədə müvafiq dəyişiklik edilməlidir. Buna da Ermənistan hələlik razılıq vermir”.

23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan

Xəbər lenti