|
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bütün İrəvan ərazisində yeni yürüş keçirməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Paşinyan öz Feysbuk səhifəsində etdiyi videomüraciət zamanı deyib. O, baş tutacaq yürüşün qeyri-adi və uzunmüddətli olacağını bildirib.
Paşinyan şənbə günü baş tutacaq yürüşün aprel inqilabına bənzəyəcəyini söyləyib.