|
İnterpolun yeni rəhbəri Kim Çon Yan bu iş üçün seçilmiş doğru bir insandır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O bildirib ki, məhz Yanın rəhbərliyi ilə dünyada beynəlxalq təhlükəsizliyin qorunacağına böyük ümid yaranır:
“Birləşmiş Ştatlar İnterpol rəhbəri seçilməsi münasibətilə Kim Çon Yanı təbrik edir”.
Qeyd edək ki, çərşənbə günü K.Ç.Yan İnterpolun yeni rəhbəri seçilib.