|
Yunanıstan Baş naziri Aleksis Çipras 7 dekabrda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə “Türk axını” kəmərinin ölkəsindən keçməsini istəyəcək.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətindən adı açıqlanmayan mənbə Türkiyə mediasına danışıb.
“Yunanıstan energetika sahəsində “Türk axını”na maraq göstərir. Bu, baş tutan son müşavirə və toplantılarda aydın oldu. Misal üçün, yunan baş nazirin köməkçisi Yanis Draqasakis Rusiya səfiri Andrey Moslovla bu barədə müzakirə apardı. Çipras 15 noyabrda Salonikidə keçirilən Balkan ölkələri liderlərinin sammitində də bu mövzuya toxundu. Yunanıstan Rusiyadan strateji investisiyalar gözləyir”, - deyə bildirilib.