|
NATO-nun genişlənməsi beynəlxalq təhlükəsizlik və stabillik sisteminə zərbə vurur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz heç kimi qorxutmaq istəmirik. İstəyirik ki, beynəlxalq ictimaiyyətin diqqəti bu genişlənməni dəstəkləyən dövlətlərin təhlükəsizlik sisteminə böyük zərbə vurduğuna yönəlsin. Bu məsələ təkcə Rusiyanın təhlükəsizlik məsələsi deyil” – deyə o bildirib.