|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada keçiriləcək G20 zirvəsində Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla görüşə bilər.
Axar.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın danışıb.
“Prezidentin proqramına baxılır. Ola bilər”, - Qalın bildirib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin də G20 zirvəsi çərçivəsində vəliəhdlə görüşə biləcəyi açıqlanmışdı.